Quantcast
Channel: SeniSevirem.Az, Sekiller, Burcler, Yukle, Status, Maraqli,
Viewing all articles
Browse latest Browse all 3244

Limonun faydaları haqqında

$
0
0


Limon ən yaxşı təmizləyicidir. Limon qaraciyərdə və bağırsaqlarda çürümə proseslərini ləngidir. Limonun dadının turş olmasına baxmayaraq mədə turşuması, yəni qıcqırması zamanı limon şirəsini adi suya qarışdırıb içəndə turşunu neytrallaşdırır, yəni qıcqırmanı və turşuluğu aradan qaldırır. Su ilə qarışmış limon şirəsi həm də xaricə istifadə olunur, məsələn ağız, boğaz yaraları zamanı qarqara olunur, burun qanaxmasının qarşısını almaq olur, göbələk xəstəliyində, xalları və çilləri hər gün masaj etməklə götürmək olur.
Baş ağrısından əziyyət çəkən vaxt da limondan istifadə etmək olar. Beləki, limon suyu ilə gicgahları masaj etmək olar. Eləcə də, bir neçə dəqiqəlik limon dilimlərindən alına qoymaq da faydalıdır.

Bəzi adamlarda dırnaqlar kövrəkləşir, tez sınır və kələ-kötür olur, bu zaman dırnaqları gündə 2 dəfə yarım saat (30 dəqiqə) limon şirəsinin içində saxlamaq lazımdır.

Limon şirəsi əlavə olunmuş su ilə saçları yaxalamaq onlara parıltı və həcm verəcək.
Limon üzdəki qırışları hamarlaşdıraraq dəriyə cavanlaşma effekti verir. Bunun üçün bir sıra maskalar tətbiq edilir. Bu meyvə sadəcə üz üçün deyil, eyni zamanda ayaqlar üçün də faydalıdır. Limon şirəsi əlavə olunmuş iliq su vannası ayaqlardan yorğunluğu götürməyə kömək edir.

Olduqca faydalı meyvə hesab edilən limonun əks təsiridə vardır. Əgər sizin adi allergiya və yaxud məhz sitrus meyvələrinə, C vitamininə qarşı allergiyanız varsa o zaman onu nə yeyə, nə də şirəsindən içə bilərsiniz. Mədə və bağırsaq xorası, qastrit zamanıda limon haqqında unutmaq məsləhətdir. Məsələ ondadır ki, bu sitrus mədə şirəsinin ifraz fəaliyyətini sürətləndirir, o da pz növbəsində qıcqırmalar, spazma və ağrılara səbəb olur. Həddindən artıq turş sitrusun qəbulu diş emalına zərər gətirər.

Viewing all articles
Browse latest Browse all 3244

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş