Quantcast
Channel: SeniSevirem.Az, Sekiller, Burcler, Yukle, Status, Maraqli,
Viewing all articles
Browse latest Browse all 3244

Dərdini quyuya danışan ağam

$
0
0


Meysəm deyir: "Bir gecə mövlam Əmirəlmöminin (ə) məni özü ilə Kufədən qırağa apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Salam və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi:

"İlahi, Səni necə çağırım? Halbuki, sənin xətakar bəndənəm. Və Səni necə çağırmayım? Halbuki, Səni tanıyıram və Sənin aşiqinəm. İlahi! Günaha bulaşmış əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm. Sən bütün nemətlərin sahibi, mən isə xətalarımın əsiriyəm...".

İmam (ə) duanı axıra qədər oxuyub qurtardıqdan sonra səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə "əl-əfv" dedi. Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim.

Nəhayət, səhranın ortasına çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkərək dedi: "Meysəm! Mən qayıdana kimi bu xəttdən irəli gəlmə". Həzrət (ə) özü tək getdi və qaranlıqda gözümdən itdi.

Bir azdan məni narahatlıq bürüdü. Özümü qınadım ki, nə üçün ağamı bu qədər düşmən arasında tənha buraxdım? Ona bir hadisə üz versə, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verəcəksən? Allaha and olsun! Onun sözündən çıxmış olsam da ardınca gedəcəm ki, ondan bir xəbər tutum.

Onu axtararaq bir quyunun başında gördüm. Əmirəlmöminin (ə) başını bədəninin yarısına qədər quyuya salıb, dərdini ona danışırdı. Mənim gəldiyimi hiss edən kimi soruşdu: "Kimsən?"

Dedim: "Meysəm".

İmam (ə) buyurdu: "Sənə əmr etməmişdim ki, xətdən irəli keçməyəsən?"

Dedim: "Ey mənim mövlam! Düşmənlərinin sənə qarşı təhlükəsindən qorxdum. Ona görə də ürəyim dözmədi".

İmam (ə) sonra soruşdu: "Nə dediyimi eşitdinmi?"

Dedim: "Xeyir, ey mənim mövlam".

Həzrət mənə xitab edərək bu şeri oxudu:

"Sinəmdə elə sirlərim vardır ki, məni sıxdıqda əlimlə yeri yarıram və sirlərimi ora qoyuram. Bəs hər vaxt yer bir şey bitirsə, mənim əkdiyim toxumlardandır".

Qaynaq: "Biharul-ənvar", c. 40, səh. 199.

Viewing all articles
Browse latest Browse all 3244

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş